Logo

Azərbaycanda bir nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı

Azərbaycanda bir nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. 

Sfera.az xəbər verir ki, bu addım Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin daha operativ təşkilini təmin etmək məqsədi daşıyır.

Bununla da Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı 2-yə çatıb.

Eyni zamanda Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR