Logo

Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN

Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Çin aprelin 1-dən epidemiyanın ikinci dalğasını elan edərək, yenidən sərhədləri bağlayıb, şəhərləri karantinə aldı.

Yerli hökumət Xenyan Çzya əyalətinin rayonlarını total karantinə alıb. Orda yarım milyon insan yaşayır.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Çin virusun yayılmasının dayandığını bəyan edərək, karantini qaldırsa da, yenidən yoluxma aşkarlanıb.

Regionda bu dəfə heç bir simptomu olmayan virus daşıyıcıları peyda olub. Onların bir çoxunun xəstəliyi birinci dəfə keçirib sağaldığı güman edilir.

Dünəndən etibarən rəsmi Pekin insanlara simptomsuz COVID 2019 barədə xəbərdarlıq edir. Bir sutkada 35 yeni yoluxma, 6 ölüm qeydə alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR