Logo

DİN-dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı - Açıqlama

DİN-dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini, Ağrel döyüşləri və Vətən Müharibəsi qazisi Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb:

"Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib”.

Bildirilib ki, hazırda həmin müraciət əsasında araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR