Logo

Süleymani vurulacağını bilirmiş - FOTO

Süleymani vurulacağını bilirmiş - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ tərəfindən vurularaq öldürülən İran generalı Qasım Süleymaninin ölümündən bir neçə saat əvvəl yazdığı mətn ortaya çıxıb.

"Qafqazinfo"nun "Hürriyet”ə istinadla məlumatına görə, bir səhifəlik məktub üzüyü ilə birlikdə generalın qızı Zeynəb Süleymaniyə təqdim olunub. Süleymaninin qardaşı İran mediasına bildirib ki, mərhum general bu məktubu İraqa getməzdən əvvəl Suriyada yazıb və şəxsi əşyalarının içərisinə qoyub.

"Əl yazısı ölümündən 2-3 saat əvvələ aiddir. Bir həftə əvvəl birlikdə idik, bu, son görüşümüz oldu. Yazıdan məlum olur ki, şəhid olacağından xəbərdar olub. Mətndə dini və fəlsəfi ifadələrlə birlikdə "Allahım səni görmək istəyirəm, bizi qəbul et" formasında ifadələr də yer alıb”, - mərhumun qardaşı deyib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın hücumu nəticəsində İran generalı Qasım Süleymani öldürülüb və bu gün dəfn olunması planlaşdırılır.

Süleymani vurulacağını bilirmiş - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR