Logo

Lopezin məşhur geyiminə görə məhkəməlik oldular

Lopezin məşhur geyiminə görə məhkəməlik oldular
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya şöhrətli müğənni Cennifer Lopezin məşhur etdiyi yaşıl libası ərsəyə gətirən "Versace" brendi məhkəməyə müraciət edib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən marka "Fashion Nova"dan şikayətçidir. İtalyan moda evi iddia edir ki, sözügedən marka CeyLonun həmin geyiminin dizaynını oğurlayaraq yeni məhsullar ərsəyə gətirir.

"Məhsulumuzun surəti çıxarılaraq satışa buraxılıb. Çox utanmaz bir addımdır. Ən məşhur brendin məhsulunu təqlid ediblər. Bu, bizim brendə qarşı hörmətsizlikdir. Maddi təzminat tələb edirik", - deyə şikayətçi moda evi qeyd edib.

Xatırladaq ki, Lopez ikona çevrilən "Versace" paltarını ilk dəfə 2000-ci ildə "Qremmi" mükafat mərasimində geyinmişdi. Cennifer həmin paltarı dəyişdirərək 19 il sonra Milan Moda Həftəsində geyinərək podiuma çıxmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR