Logo

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi - Foto

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kinorejissor Rüfət Əsədov STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına "İlin adamı” mükafatının laureatı seçilib.
Sfera.az xəbər verir ki, o, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb.

R. Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin ("Quba yəhudiləri”, "Kənddə sonuncu yəhudi”, və "Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir.

Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.

Mükafat noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən mərasimdə R. Əsədova təqdim olunub.

Qeyd edək ki, sözügedən mükafatın təqdimatı  Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat  2015-ci ildə təsis edilib və  indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR