Vilayət Eyvazovdan daha bir təyinat
Kateqoriya məlum deyil
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə (DYPB) yeni rəis təyin edilib.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Eldəniz Həsənov Göygöl DYPB-nin rəisi vəzifəsinə təyin edilib.
E.Həsənov buna qədər Qazax DYPB-nin rəisi olub.






