Logo

Dadaş Dadaşlinski əslində o imiş - Kimliyi bilindi - FOTO

Dadaş Dadaşlinski əslində o imiş - Kimliyi bilindi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər "İctimai TV"də yayımlanan "3 D” layihəsi sosial şəbəkələrdə səs-küy yaradıb.

Azərbaycan teleməkanında ilkə imza atan, 3 D animasiyası ilə hazırlanmış şərti aparıcı Dadaşlinski Dadaş Dadaş oğluna facebook profili də açılıb və məlumat yerində "Heç kimin soruşa bilmədiyini mən soruşacağam! Hadisələrə heç kimin baxmadığı bucaqdan baxacağam”, - şərhi yazılıb.

Bir neçə gündür ki, hər kəsdə həmin aparıcının kimliyi ilə bağlı sual ortaya çıxıb.

Sfera.az Qafqazinfo-ya istinadla bildirir ki,  Dadaş Dadaşlinski obrazının səsini film sektorunun tanınmış siması Tural Sevdimalı səsləndirir. O, eyni zamanda sözügedən layihənin rəhbəridir.

Tural bundan əvvəl "Oğlan Evi”,  "Qız Qalası” filmləri, "Ər və Arvad” serialının ssenari müəllifi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR