Logo

Vilayət Eyvazovdan daha bir Təyinat

Vilayət Eyvazovdan daha bir Təyinat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Sfera.az -ın  "Report”a istinadən məlumatına görə, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

M.Mehdiyev daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev faktı "Report"a təsdiqləyib.

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR