Logo

Mehriban Əliyeva şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib - FOTO

Mehriban Əliyeva şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibəti ilə təbrik edib.

Sfera.az xəbər verir ki, təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.

Mehriban Əliyeva şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR