Logo

Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…(FOTO)

Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz… (FOTO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus "Məlhəm” restoranını işlədir: "Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: "Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR