Logo

Daha bir limonad sexi bağlandı - FOTO

Daha bir limonad sexi bağlandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sexə baxış zamanı Azad Mirzə oğlu Aslanova məxsus "Əmirvar” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexində texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Sexdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR