Logo

Rəqiblərini “ağladan” güləşçilərimiz - FOTOLAR

Rəqiblərini “ağladan” güləşçilərimiz - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı çərçivəsində güləş yarışı davam edir.

Oxu.Azxəbər verir ki, Azərbaycan güləşçiləri yarışda uğurlu çıxışları ilə diqqət çəkirlər.

İyulun 21-də, ilk yarış günündə Murad Haqverdiyev (sərbəst güləş – 45 kq) və Fərid Sadıxlı (yunan-Roma – 45 kq) qızıl, Əbülfəz Nəsirov (sərbəst güləş – 55 kq) gümüş, Nihat Məmmədli (yunan-Roma – 55 kq) isə bürünc medala yiyələnib.

İkinci yarış günündə Qurban Qurbanov (yunan-Roma – 48 kq) və Həsrət Cəfərov (yunan-Roma – 60 kq) qızıl, Sabir Cəfərov (sərbəst güləş – 60 kq) gümüş, Mircavad Nəbiyev isə (sərbəst güləş – 48 kq) bürünc medal qazanıb.

Qadınlardan Gültəkin Şirinova (46 kq) və Mərziyə Sadıqova (61) gümüş medalla kifayətləniblər.

Bu gün isə 7 güləşçimiz EYOF-da mübarizəyə qoşulub.

Beləliklə, festivalın ilk iki günü 11 Azərbaycan güləşçisindən 10-u medal qazanıb.

Azərbaycan dörd qızıl, dörd gümüş və iki bürünc medalla medal sıralamasında liderliyini qoruyur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR