Logo

Bakı-İstanbul sərnişin avtobusunda yanğın - FOTO

Bakı-İstanbul sərnişin avtobusunda yanğın - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hacıqabul rayonunda Türkiyənin "Alpar" turizm şirkətinə məxsus avtobusada yanğın baş verib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra avtobusda yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar.

Fakt araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR