Tennisçilərimiz Çexiyada iki gümüş medal qazandılar
Kateqoriya məlum deyil
Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında keçirilən Avropa çempionatı başa çatıb.
Azerbaycan Stolüstü Tennis Federasiyasından "Qafqazinfo”ya verilən məlumata görə, 07-17 iyul tarixlərində Avropa çempionatında iştirak edən tennisçilərimiz iki gümüş medalla vətənə qayıdıblar.
Azarkeşlər idmançılarımızı hava limanında qarşılayıblar.






