Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı? - QRAFİKA
Fərmanla 800 min insanın problemli kreditinə güzəşt olunub.
Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb.
Kredit borcuna ediləcək güzəşti daha asan hesablamaq üçün tərtib olunan qrafik məlumatları təqdim edirik:
Kredit müqaviləsi 2015-ci il fevralın 21-nə kimi xarici valyutada bağlanıbsa, 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) qiymətləndirmə olacaq.
Yəni 1 dollar borcunuz varsa, onun 0,15 dollarına dövlət dəstək verəcək.

Kredit müqaviləniz 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanıbsa 1 ABŞ dollarlıq borcunuzun 0,6 manatına (0,35 ABŞ dolları) dövlət dəstəyi olacaq.

2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.(oxu.az)






