Logo

Novruz yarmarkalarının ünvanları açıqlandı - SİYAHI

Novruz yarmarkalarının ünvanları açıqlandı - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Novruz bayramı ilə əlaqədar mart ayının 2-dən etibarən Bakıda yarmarkalar fəaliyyətə başlayacaq.

Sfera.az bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu yarmarkalarda respublikanın müxtəlif bölgələrindən gələn fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılıb. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.

Yarmarkalar martın 25-nə kimi davam edəcək.

№RayonlarYarmarkaların ünvanlarıQeyd
1.Binəqədi7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi
2.QaradağLökbatan qəsəbəsi, 28 May küçəsi
3.XətaiMəzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)
4.XəzərMərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106 ( köhnə avtovağzal ərazisi )
5.PirallahıPirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki qeyri-yaşayış obyekti
6.NərimanovGənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı
7.NəsimiMərdanov qardaşları küçəsi 59
8.NizamiŞirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( "Praqa” şadlıq evi ilə üzbəüz)
9.SabunçuBakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı
10.SəbailNizami küçəsi (Land Mark-ın yaxınlığında)
11.SuraxınıYeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, "Günəş” ticarət mərkəzi
12.YasamalH.Cavid prospekti (H.Cavid parkının ərazisində )
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR