Logo

Binyamin Netanyahu sevindi: Şükürlər olsun, Zərif getdi

Binyamin Netanyahu sevindi: Şükürlər olsun, Zərif getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin baş naziri Binyamin Netanyahu İranın xarici işlər naziri Məhamməd Cavad Zərifin istefası ilə bağlı açıqlama verib.

Sfera.az türk mediasına istinadən xəbər verir ki, Netanyahu Zərifin istefasından dərhal sonra sosial mediasa açıqlama verərək hamını təəccübləndirib.

Netanyahu paylaşdığı açıqlamasında "Şükürlər olsun, burda olduğum müddət ərzində İranın nüvə silahları olmayacaq” fikirlərini yazıb.

Binyamin Netanyahu sevindi: Şükürlər olsun, Zərif getdi

Qeyd edək ki, ötən həftə Münhen Təhlükəsizlik Konfransında iştirak edən Cavad Zərif "bəziləri qətiyyətlə müharibə istəyir. Məsələn, İsrail... Müharibənin olma ehtimalı çox yüksəkdir. Əgər beynəlxalq hüququn tələblərinə göz yummağa davam edərsə, müharibənin olma ehtimalı daha da artacaq”, - deyə çıxış edib.

Bu açıqlamadan dərhal sonra Netanyahu "Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olan başlıca amil İranın təcavüzkar münasibətidir”şəklində cavab vermişdi.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR