Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoyublar.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib. Yürüş Bakı Dəniz Vağzalı ərazisindən başlayıb və Xocalı abidəsinə kimi davam edib.






