Logo

Deputat Nazirlər Kabinetinə etiraz etdi: "Meşə kənarında böyümüş insanam"

Deputat Nazirlər Kabinetinə etiraz etdi: "Meşə kənarında böyümüş insanam"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Daha gedib meşədəki cır armudları yeyə bilməyəcəyimə görə, Nazirlər Kabinetinin həmin qərarını dəstəkləyə bilmərəm”.

Sfera.az-a açıqlamasında bu sözləri Nazirlər Kabinetinin meşələrdən cır meyvə və giləmeyvə yığımına görə cərimələr tətbiq etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Aqil Abbas deyib:

Deputat Nazirlər Kabinetinə etiraz etdi: "Meşə kənarında böyümüş insanam"

Nazirlər Kabinetinin meşələrdən meyvə yığmağa görə cərimələr tətbiq edilməsilə bağlı qərarını başa düşə bilmirəm. İnsanlar yüz illərdir ki, meşələrdə yetişən meyvə və giləmeyvələrdən istifadə etməklə dolanır. Bu yolla minlərlə insan həm ailəsini dolandırır, həm də həmin meyvələri satmaqla övladlarını geyim və yeyinti məhsulları ilə təmin edirlər. Özünüz də yəqin ki, görmüsünüz, yol kənarlarında müxtəlif meyvələri satırlar, kilosunu 30 qəpiyə. Amma 1 kq. cır almaya görə cərimə olaraq 1 manat cərimə tətbiq edilir. Düzdür, meşəyə ev heyvanları buraxılmamalıdır. Bu ciddi məsələdir. Meşə özü-özünü qoruyur, pöhrələri meşələri yenidən canlandırır. Ona görə də meşələrin məhv olmasının qarşısını almaq üçün heyvanları ora buraxmaq olmaz. Buna qarşı mübarizəni hər zaman alqışlamışam. Meşələrin qırılmasının da əleyhinəyəm. Ancaq meşədə böyürtkən yeməyə qadağa qoymaq olmaz axı. Qadağa qoyulduğu təqdirdə, meşədə bitən böyürtkən, çiyələk, cır alma, cır armud necə olacaq? Bu nə deməkdir? Meşə kənarında böyümüş insanam. Ağdamın meşə və dağ ətrafında yaşayan əhalisi əsasən meşədən yığdıqları məhsullar hesabına dolanırdı. Daha gedib meşədən cır armud yeyə bilmədiyimə görə, Nazirlər Kabinetinin həmin qərarını dəstəkləyə bilmərəm”.

Qeyd edək ki, Nazirlər Kabinetinin(NK) verdiyi qərara görə, artıq meşələrdən meyvə və giləmeyvə yığmaq mümkün olmayacaq. Belə ki, NK-nın 31 yanvar tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavəyə görə, artıq vətəndaşlar meşədən yığılan cır meyvələrin kiloqramına görə, 1 manat, çaytikanının kiloqramına görə 3 manat, tökülmüş yarpaqların kiloqramına görə isə 50 qəpik cərimə ödəməli olacaqlar.

İqtisadçı ekspert Məhəmməd Talıblı isə saytımıza bildirdi ki, hökumətin həmin addımında məqsəd cərimələr hesabına mümkün qədər büdcəni daha çox doldurmağa hesablanıb:

Deputat Nazirlər Kabinetinə etiraz etdi: "Meşə kənarında böyümüş insanam"

"Son 5 ilə qədər dövlət büdcəsinə daxil olunan vəsaitlər əsasən Neft Fondundan gəlirdi. Ancaq indi neftin qiyməti aşağı düşüb. Bu fonda da hökumət məcburdur ki, fiskal kanalları şaxələndirmək üçün daha çeşidli yollardan istifadə etsin. Bunlardan biri də vergi və qeyri-vergi istiqamətləridir. Həmçinin, maliyyə cərimələri və sanksiyaları hesabına daxil olan vəsaitlər də bura daxildir. Vergilər Məcəlləsinə edilən dəyişikliklər də ondan xəbər verdi ki, ofisiant, evdə qulluq göstərənlər, bərbərləri də sabit vergi ödəyicilərinə çevirməklə hökumət harda vergi yığmaq mümkündürsə, oradan da mümkün qədər daha çox yığımlara nail olmaq istəyir. Meşələrin mühafizəsilə bağlı verilən həmin qərar da mühafizədən daha çox məhz büdcə daxilolmaları, cərimələrlə mümkün qədər büdcəni doldurmağa hesablanmış addımlardan biridir”.

Sfera.az / ELÇİN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR