Bakıda uşaq bağçasının binasında yanğın - Təxliyə olunanlar var
Kateqoriya məlum deyil
Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə Xətai rayonunda baş verib. Belə ki, uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.
Yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın söndürülüb.






