Logo

Bakı Nəqliyyat Agentliyi nə iş görür? - ŞİKAYƏT

Bakı Nəqliyyat Agentliyi nə iş görür? - ŞİKAYƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son illər nəqliyyat sektorunda nəzərəçarpacaq islahatlar aparıldı. Yeni avtobuslar xəttə buraxıldı. Avtobuslar kart sisteminə keçdi. Axır ki, sərnişinlər yeni yaradılan Bakı Nəqliyyat Agentliyinin iş görəcəyinə, nəqliyyatda olan problemlərin bütünlüklə aradan qalxacağını düşündüyü bir vaxtda, elə bil bu qurum durğunluğuq dövrünə qədəm qoydu. Son 4-5 ay içərisində bu agentliyin yalnız piar işini həyata keçirtdiyini düşünmək olar.

Artıq bir aya yaxındır ki, Bakı Nəqliyyat Agentliyi dayanacaqların yerini dəyişməklə və yaxud dayanacaqları təzələməklə məşğuldur. Amma agentlik nədənsə dayanacaqları təzələdikdə, bu dayanacaqlara terminalların yerləşdirilməsini unudur. Terminalların hansı şirkətin yerləşdirməsinin şərnişin üçün heç bir aidiyyatı yoxdur. Sərnişin üçün əsas bu terminalın işləməsidir. Amma işləsə... Şəxsən mən bu gün Yasamal rayonunu Şərifzadə küçəsindən, Azad Azərbaycan Televiziyasının (ATV) yanından İnşaatçılar metrosuna qədər kart yükləmək üçün məsafə qət etmişəm. Bu bir qurumun sərnişinə, ölkə vətəndaşına hörmətsizliyi, laqeydliyidir.

Bir neçə gün öncə saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə problemin həlli əvəzinə maraqlı təklif vermişdi:

"Hər gün metro və avtobusdan istifadə edən vətəndaş birdəfəyə 20-25 manat balans vursa bir ay ərzində kartı doldurmaq üçün daha başqa yerlərdə terminal axtarmaq məcburiyyətində qalmayacaq".

Görünür dövlətin onu təmin etdiyi maşında rahat şəkildə işə gedən xidmət rəhbəri unudur ki, elə sərnişinlər var ki, onlar yalnız karta gündəlik gediş balansı vururlar. Bu insanlar ölkənin aztəminatlı vətəndaşlarıdır. 5 nəfərlik bir ailənin ay ərzində birdəfəlik 100-120 manat karta balans vurması isə mümkünsüzdür. Görünən isə odur ki, nə həmkarımız Mais Ağayev, nə də bu qurumun rəhbərliyi öz işinin öhdəsindən gələ bilmir. Parlament prospektindən Şəhidlər Xiyabanının qarşısından metronun Elmlər Akademiyasına qədər heç bir terminal işləmir. İşə tələsən sərnişin terminal tapmaq üçün gün ərzində 2-3 kilometr yol qət etməlidir.

Mais Ağayev açıqlamasında avtobus dayanacaqlarında BakıKarta məxsus 51 ədəd, 188 ədəd isə "Milliön”ə aid ödəmə terminallarını olduğunu deyib. Amma BNA rəsmisi bunların necə faizinin işlək olmasını deməyib. O zaman biz kiçik bir araşdırma ilə bunu isti otağından çıxmaq istəməyənlərə deyək. Avtobus dayanacaqlarında olan, amma işləməyən 71 ədəd "Milliön”ə aid ödəmə terminalı var. BakıKarta məxsus ödəmə terminallarından da böyük hissəsi işləmir. Görünür Mais Ağayev bu açıqlamanı verərkən yalnız qarşısındakı statistikanı nəzərdən keçirib. Bütün problemlər onu deməyə əsas verir ki, Bakı Nəqliyyat Agentliyi öz işinin öhdəsindən gələ bilmir. Elə saytımıza açıqlamasında iqtisadçı-ekspert Samir İsmayıl hesab edir ki, BNA-nın fəaliyyətinə, ümumiyyətlə, ehtiyac yoxdur: "Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olduğu halda, Nazirlər Kabinetinin yanında əlavə bir qurumun saxlanılması beşinci təkəri xatırladır”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR