Logo

Vəzifəlilərin işinə yaramayan dayanma, durma qaydaları ləğv oluna bilər?

Vəzifəlilərin işinə yaramayan dayanma, durma qaydaları ləğv oluna bilər?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son zamanlar cəmiyyət arasında xaos yaradan parklanma, dayanma, durma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr Bakı Nəqliyyat Agentliyinin ləğv edilməsi təkliflərinə kimi gətirib çıxardı. Əldə edilən məlumatlara görə, qaydanın qüvvəyə minməsindən sonra daha çox protokolların yazıldığı şəxslər yüksək vəzifəli və imkanlı şəxslərə məxsus avtomobillərdir. Hansı ki, həmin şəxslərin ailələrində olan uşaqları məktəbə apararkən bu qayda pozuntusuna yol verilib. Ona görə də qaydanın bəzi vəzifəlilərin işinə yaramadığı üçün tez bir zamanda ləğv ediləcəyi haqda şayiələr yayılıb.

Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov hamının qanun qarşısında bərabər olduğunu qeyd etdi:

Vəzifəlilərin işinə yaramayan dayanma, durma qaydaları ləğv oluna bilər?

"Bu açığı çox qəliz məsələ oldu? Konstitutsiyamızın ümumi prinsipi var: hamı qanun və məhkəmə qarşısında bərabərdir. Yəni qanun hamıya eyni dərəcədə aiddir. İndi hansısa normanın tətbiqi kiminsə mənafeyinə bir az başqa cür təsir eləyirsə, bu onun öz problemidir. Çalışmalıdır ki, öz fəaliyyətini həmin qanun və qaydaların çərçivəsinə salsın. Hardasa qanundan kənarda çıxış yolu axtarmaq anormal bir şeydir, xüsusən də dövlət məmuru üçün. Burda əsas meyar o olmalıdır ki, cəmiyyət qanuna, qaydalara hörməti birinci elə məmurlardan görməlidir. Bunun anormal tərəfi odur ki, sizin dediklərinizə əsasən belə çıxır ki, müəyyən qaydaları daha çox dövlət məmurları pozurlar. Bu, yaxşı hal deyil. Düşünürəm ki, əgər doğurdan da elə konkret faktlar varsa, qaydanı pozanların dəqiq kimlər olduğu məlumdursa, hansı orqanlarda çalışdığı bəllidirsə, orqanların rəhbərləri səviyyəsində həmin adamlarla fərdi olaraq işləmək lazımdır ki, siz qanun çərçivəsində hər şeyi etməlisiniz. Qanundan kənar yollar axtarmamalısınız. Məsələyə belə yanaşmaq lazımdır. Qanunda olan qaydalar problem yaratmır, sadəcə vaxtilə nəzarətsizlik olub və ya ağla nə gəlibsə edilib, tətbiq edildikdən sonra görürlərsə ki, mümkün olmadı, diskomfort yaratdı, hökmən əmr olunmalıdır ki, həmin qanun dəyişdirilsin?! Belə bir şey olmamalıdır, bu anormallıqdır".

Dayanacaqlarda dayanan və tıxaca səbəb olan taksilərin fəaliyyətinə gəldikdə isə Ərşad Hüseynov sosial şəbəkələrdə ən çox şikayətlərin də elə taksi sürücülərindən gəldiyini qeyd etdi:

"Taksi sürücülərinin şikayəti başa düşüləndir, çünki yollarda daha çox onlar olurlar. Onlara nəzarət olunur, məsuliyyət tədbirləri görülür ki, belə şikayətlər edirlər. Onlara tövsiyyəmiz odur ki, öz fəaliyyətlərini yalnız qanun çərçivəsində qursunlar. Yəni qanun çərçivəsində çıxış yolu axtarsınlar. İstənilən halda dövlət məmuru, taksi sürücüsü, xidməti avtomobilin sürücüsü və yaxud digər bir adam çıxış yolunu həmişə qanun çərçivəsində axtarmalıdır. Bunu təbliğ etmək, həyat tərzinə çevirmək lazımdır”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR