4 it məktəbdən gələn 7 yaşlı uşağa hücum etdi – FOTOLAR
Kateqoriya məlum deyil
Türkiyənin Mardin şəhərində məktəbdən çıxıb evə gedən 7 yaşlı şagird itlərin hücumuna məruz qalıb.
Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, itlərin hücumu zamanı uşaq 5 yerindən yaralanıb.
7 yaşlı Emre Çiftçi köməyə gələnlərin müdaxiləsindən sonra itlərin əlindən hüşsuz vəziyyətdə xilas edilib.
Mardin Dövlət Xəstəxanasına gətirilən uşağa dərhal vaksin vurulub. Quduzluq şübhəsiylə uşağın bədənindən nümunələr alınaraq Ankaraya göndərilib.
Uşağın vəziyyəti ağır olduğu üçün xəstəxanada müalicəsi davam etdirilir.










