Logo

Azərbaycanda general dünyasını dəyişdi - FOTO

Azərbaycanda general dünyasını dəyişdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə bu gün dünyasını dəyişib.

Mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçirilir. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər  ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Mərhum "İcra hüququ” kitabının müəllifidir.

Allah rəhmət eləsin!

Azərbaycanda general dünyasını dəyişdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR