Naxçıvanda iki yüksək postun sahibi vəzifədən azad edilib
Kateqoriya məlum deyil
Layihə parlamentdə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi məsələsinə baxılıb.
Layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilib.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.






