Logo

SON DƏQİQƏ! “EuroHome” bazarı yanır

SON DƏQİQƏ! “EuroHome” bazarı yanır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "EuroHome” tikinti materialları bazarı yanır.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, FHN-in "112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR