Logo

Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO

Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Rusiyanın paytaxtı Moskva şəhərində Ümumrusiya Dekorativ, Tətbiqi və Xalq Sənəti Muzeyində keçirilən "İmperiya və Qafqaz. Silahlar, avadanlıqlar, hərbi ənənələr. XIX - XX əsrin başlanğıcı” adlı sərgidə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib.  

"Report”un Rusiya bürosunun verdiyi məlumata görə, sərgidə nümayiş olunan eksponatların birində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib.

Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO

Qeyd edək ki, 2020-ci il fevralın 5-dən başlayan sərgidə A.V. Kosarevin şəxsi kolleksiyasında olan Azərbaycan xəncərləri nümayiş olunur.

Mövcud təxribat haqqında məlumatlı olduqlarını "Report”a bildirən "Moskva Azərbaycan cəmiyyəti”nin sədri Şamil Tağıyev qeyd edib ki, bununla bağlı qanun çərçivəsində bütün lazımi addımlar atılacaq.

Sərgidə 600-dən çox tarixi eksponat nümayiş olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR