Logo

Koronavirus hansı ölkədə neçə nəfəri öldürüb - STATİSTİKA

Koronavirus hansı ölkədə neçə nəfəri öldürüb - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son 24 saat ərzində Dünyada 30 357 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə yoluxanların sayı 335 347 nəfərdir.

Sfera.az xəbər verir ki, Bu gün koronavirus 1 592 nəfərin həyatına son qoyub ki, bununla ölənlərin sayı 14 599 nəfərə çatıb.

İtaliyada hazırda 46 638 mindən çox aktiv koronavirus xəstəsi var. Ölənlər sayı isə 5 476 nəfərə çatıb. Dəhşətli virusdan sağalanların sayı isə 7 024 nəfərdir.

İspaniyada isə COVİD-19 səbəbi ilə ölənlərin sayı 1 756 nəfər olub.

İranda bu saata koronavirusdan ölənlərin sayı 1 685 nəfərdir.

ABŞ-da statistikalar 32 256 nəfərin bu xəstəliyə yoluxduğunu göstərir. Onlardan 414 nəfəri dünyasını dəyişib.

Qeyd edək ki, koronavirusdan (COVİD-19) sağalanların sayı 97 588, ölənlərin sayı isə 14 611-ə çatıb.

Koronavirus hansı ölkədə neçə nəfəri öldürüb - STATİSTİKA

Orxan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR