Logo

"Qarabağ" yeni rekorda imza atdı

"Qarabağ" yeni rekorda imza atdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ" komandası futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün yeni rekorduna imza atıb.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə XIV turun "Keşlə" ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun yetirmələri 2020-ci ildə "çərçivəsini" toxunulmaz saxlayıb.

"Səbail" (1:0), "Neftçi" (0:0), "Zirə" (6:0) və "Sumqayıt"ın (1:0) ardından XIX turdakı rəqib "Sabah" da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da "Qarabağ" mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam təmsilçisinə məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmayıb.

Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da "Keşlə"yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb. (yeni sabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR