Dənizdə daha iki nəfər boğuldu
Kateqoriya məlum deyil
Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində yenə də insan ölümü ilə nəticələnən faciə baş verib.
Sfera.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, ötən gün çimərlik ərazisində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb.
Bundan başqa, 4 nəfər də boğulma təhlükəsilə üzləşib. Xilasedicilər onları son anda xilas edə biliblər.
Baş verən hadisələrin gürüntülərini təqdim edirik.






