Logo

“Uşaqlar itlərin əlindən həyətə düşə bilmir” - VİDEO

“Uşaqlar itlərin əlindən həyətə düşə bilmir” - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı sakinləri arasında sahibsiz küçə itləri ilə bağlı sorğu keçirilib.

"Qafqazinfo” xəbər verir ki, sorğuda iştirak edən Binəqədi rayon sakini küçə itlərinin səhərə kimi ulaşmasının onlar üçün problem olduğunu vurğulayıb: "Bizi yatmağa qoymurlar. Xüsusən də axşamlar hava qaralan kimi həyətə yığışırlar. 10-15 it birdən yığışır. Axşamlar uşaqlar itlərin əlindən həyətə oynamağa düşə bilmirlər.

Yasamal rayon sakini də sahibsiz itlərin təhlükəli olmasına görə narahatlığını ifadə edib.

Suraxanı rayon sakini də itlərin əlindən tərpənə bilmədiklərini vurğulayıb.

Bakı sakinləri itlərə zərər vermədən onların sığınacaqlara yerləşdirilməsini xahiş edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR