Logo

“Fənərbaxça” Əmrə Bəlözoğlu ilə müqavilə imzalayıb - VİDEO

“Fənərbaxça” Əmrə Bəlözoğlu ilə müqavilə imzalayıb - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin "Fənərbaxça” klubu yay transfer mövsümünü dəyərləndirməyə çalışır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, "sarı kanarya" eks, təcrübəli futbolçularından Əmrə Bəlözoğlu ilə yenidən müqavilə imzalayıb.
Ötən 4 mövsüm "Başakşəhər”də çıxış edən 39 yaşlı futbolçu növbəti mövsümdə yenidən "sarı-lacivərtlilər”in formasını geyinəcək. "Fənərbaxça" rəhbərliyi  yeni futbolçularla yanaşı təcrübəli futbolçuları da heyətə qatmaqla ötən mövsümdə yaşanan problemləri aradan qaldırmağa çalışır. Türkiyə millisinin yarımmüdafiəçisi hər zamankı kimi yenə də 5 nömrəli formanı daşıyacaq.

Qeyd edək ki, Ə.Bəlözoğlu 2008-12 və 2013-15-ci illərdə də "Fənərbaxça”da çıxış edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR