Logo

Ana ola bilməyən aktrisa ağladı: “Hisslərimlə oynayırsınız” - VİDEO

Ana ola bilməyən aktrisa ağladı: “Hisslərimlə oynayırsınız” - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uzun illərdir ana ola bilmədiyini deyən aktrisa Fidan Axundova "Bizimləsən" verilişində qonaq olarkən göz yaşlarına hakim ola bilməyib.

Publika.az xəbər verir ki, 41 yaşlı aktrisa bir müddət ana olmağı çox istədiyini və müalicə edildiyini, lakin müsbət nəticələr ala bilmədiyini etriaf edib. Bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyən aktrisaya aparıcı Zaur Baxşəliyev ona süni mayalanma ilə ana olmağı məsləhət görüb.

Aktrisa aparıcının təklifinə belə cavab verib:

"Hisslərimlə oynayırsınız. Artıq gecdir, yaş keçib. Düşünürəm ki, Aydanın (bacısı, aktrisa Aydan Axundova - red.) olsun, mən baxaram. Bundan sonra o, qayğını yenidən çəkmək ağır gəlir, qorxuram ki, ömrüm yetməz.

Bir vaxtlar çox istəyirdim, olsun deyə arxasınca çox getdim. Amma gördüm ki, alınmadı, mən də geri çəkildim. 40 yaşımdan sonra gördüm ki, istəmirəm. Amma hiss edirəm ki, getsəm, olacaq".

Sonda aparıcının təklifi ilə razılaşan aktrisa süni mayalanma etdirəcəyini deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR