Logo

Bərdədə istifadəsiz quyudan neft çıxdı

Bərdədə istifadəsiz quyudan neft çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərdənin Kətəlparaq kəndində istifadəsiz qalan quyudan neft sızır.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, ötən əsrin ortalarında rayonda neft tədqiqatları aparılıb. Hətta qazılan quyulardan neft də çıxıb. Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb.

Bu da həmin qapadılan quyulardan biridir. Quyunun qapalı olmasına baxmayaraq, neft sızıntısı davam edir. 10-15 il əvvələ qədər kənd sakinləri buradan çıxan mazutdan yanacaq kimi istifadə ediblər. Hazırda isə az hallarda heyvanlarda xəstəliklərin müalicəsində istifadə edirlər.

Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, quyunun qorunmasına xüsusi diqqət yetirilir. Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR