Bakı-Sumqayıt yolunda qəza - "VAZ 2107" TIR-la toqquşdu - VİDEO
Kateqoriya məlum deyil
Bakı-Sumqayıt yolunda qəza baş verib.
Trend-in məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində Sumqayıt yolunun girişində qeydə alınıb.
Bakıdan Sumqayıta gedən "VAZ 2107" markalı minik avtomobili TIR-la toqquşub. Nəticədə avtomobilin sürücüsü xəsarətlər alaraq xəstəxanaya göndərilb.
Qəza yerinə YPX əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.






