Logo

Vəhşi heyvanlar 56 yaşlı kişini parçaladı - VİDEO

Vəhşi heyvanlar 56 yaşlı kişini parçaladı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, bədəninin müxtəlif hissələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.

Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb.

Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR