Azərbaycanda hər kəsi heyrətə gətirən 61 illik avtomobil
"İstədim ki, babamızın yadigarını qoruyum”.
Görənlərin diqqətini çəkən bu qeyri-adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur.
Azərin
retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə
gətirilib. Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam 3 ilə
yığılıb.
Azər İmamov – Zaqatala sakini:"Detalları
çətinliklə tapılır. Müasir avtomobil deyil ki, mağazadan alasan. Xarici
ölkələrdən, Rusiya, Ukraynadan köhnə hissələr gətirirəm. Köhnə maşınlara
marağım var. İstədim ki, babamızın yadigarını qoruyum”.
Avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün bütün detallar
sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və şəkil
çəkdirir.
Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər
olub. Ancaq o, satmaq istəməyib.
Azər İmamov – Zaqatala sakini:"1958-ci ildən
1970-ci ilədək istehsal edilib. II Dünya Müharibəsi əlilləri üçün nəzərdə
tutulub”.
]
ARB Şəki






