Logo

Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı

Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün, 10 Dekabr – Ümumdünya İnsan Hüquqları günü olaraq qeyd olunur. ”Bütün insanlar azad və bərabərdir!” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 70 il əvvəl, 10 Dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü  olaraq qəbul etdi.

Azərbaycanın aparıcı insan haqları təşkilatlarından olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr – Beynəlxalq İnsan Haqları Günü ilə bağlı video müraciət yayıb. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa institutlarına və dünyanın bütün hüquq müdafiəçilərinə ünvanlanan müraciətdə Əhməd Şahidov azərbaycanlı əsir və girovlarla bağlı məsələni diqqətə çatdırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR