Logo

Rusiya Baydenə 23 il öncəki çıxışı ilə cavab verdi - VİDEO

Rusiya Baydenə 23 il öncəki çıxışı ilə cavab verdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "hərbi cinayətkar” adlandırıb.

Sfera.az xəbər verir ki, "Roskosmos”un rəhbəri Dmitri Roqozin də öz növbəsində Co Baydeni "hərbi cinayətkar” adlandırıb.

"Bəlkə Baydenə kimin hərbi cinayətkar olduğunu xatırlatmaq lazımdır?”, - deyə Roqozin öz teleqram kanalında yazıb.

"Roskosmos” rəhbəri, həmçinin Baydenin 1999-cu ildə Belqrad şəhərini bombalamağa və ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarını Dunay çayındakı körpülərin dağıdılması üçün göndərməyə çağırdığını əks etdirən video paylaşıb.

"Bu qəddar qoca ölüm astanasında törətdiyi vəhşilikləri, öldürdüyü minlərlə dinc insanları xatırlamalıdır”, - deyə Roqozin əlavə edib.

(qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR