Türkiyə və Ermənistan XİN rəhbərlərinin görüşü oldu - VİDEO
Kateqoriya məlum deyil
Antalyada Türkiyə və Ermənistan xarici işlər naziri Mövlud Çavuşoğlu və Ararat Mirzoyan arasında görüş keçirilir.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti” yayıb.
"Sputnik Ermənistan”ın məlumatına görə, Çavuşoğlu və Mirzoyan arasında danışıqlar bağlı qapı arxasında keçirilir. Lakin bununla belə, tərəflərin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması yollarını müzakirə etdiyi məlumdur.
Xatırladaq ki, Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib.






