Logo

Kiyevdə olan jurnalist dünyaya səsləndi: “Avropanın göbəyində bir ölkə rəsmən işğal edilir” - VİDEO

Kiyevdə olan jurnalist dünyaya səsləndi: “Avropanın göbəyində bir ölkə rəsmən işğal edilir” - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna vətəndaşı, əslən Krım tatarı olan jurnalist Gülsüm Xəlilova özünün "Twitter” səhifəsindən izləyicilərinə müraciət ünvanlayıb.

Jurnalist qeyd edib ki, hazırda Kiyevdədir və şəhər aramsız artilleriya hücumuna məruz qalır:

"Bəlkə də bu mənim son yayımımdır. Hökumət üzvləri insanları sığınacaqlara girməyə səsləyir. 21-ci əsrdə 1941-ci ilin qaranlıq günlərini yaşayırıq. Lakin biz buradayıq və işləməyə davam edirik”.

"ATRChannel” telekanalının jurnalisti bildirib ki, 21 əsrdə Avropanın göbəyində bir ölkə rəsmən işğala məruz qalır, başını quma salmış dünya isə sadəcə bu hadisələri qınamaqla kifayətlənir.

(musavat.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR