Logo

Putin Makronla Qarabağı müzakirə etdi - VİDEO

Putin Makronla Qarabağı müzakirə etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya və Fransa Qarabağda problemlərin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işinin vacibliyini vurğulayıblar”.

Sfera.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Bununla yanaşı, Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Putinin sözlərinə görə, Makron görüş zamanı ötən həftə Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə videokonfrans formatında keçirilən görüşün nəticələrindən danışıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün dünən Moskvaya gedib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR