Logo

“Od parçası olaq!” – Bakı Media Mərkəzindən ZƏFƏR TƏBRİKİ - VİDEO

“Od parçası olaq!” – Bakı Media Mərkəzindən ZƏFƏR TƏBRİKİ - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Media Mərkəzi 8 Noyabr Zəfər gününə həsr olunan "Od parçası” adlı video çarx təqdim edib.

Sfera.az  xəbər verir ki, "#OdParçasıyam” həştəqi ilə paylaşılan videoçarx media mərkəzinin sosial şəbəkə hesabında paylaşılıb.

"#OdParçasıyam – Odlar Yurdunda odlandım!

Düşmənimi Alovumla yandırdım, dostumu Nəfəsimlə isitdim.

Bütün dünyaya işıq saçıram, sevənlərin qəlbində Əbədi Məşəl kimi yaşayıram.

Azərbaycanlıyam - #OdParçasıyam !”,- deyə paylaşımda qeyd olunub.

Video qısa müddət ərzində minlərlə izləyici tərəfindən bəyənilib.

Bakı Media Mərkəzi həmçinin Azərbaycan xalqını böyük Zəfər günü münasibətilə təbrik edib. "Bakı Media Mərkəzi olaraq hər bir Azərbaycanlını 8 noyabr Zəfər günü münasibətilə təbrik edir və arzu edirik daima #OdParçası olaq!”

(bizim.media)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR