Logo

Füzulidə xeyli silah-sursat aşkarlandı - VİDEO

Füzulidə xeyli silah-sursat aşkarlandı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri daha bir nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.

Polis əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 5 avtomat, 1 pulemyot, 2 qumbaraatan, 14 müxtəlif markalı qumbaralar, silah sandıqları, əleyhqazlar, alışdırıcılar, eləcə də 985 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil veriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR