Logo

Sosial şəbəkə hesablarınız belə oğurlana bilər - VİDEO

Sosial şəbəkə hesablarınız belə oğurlana bilər - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kibercinayətkarların sosial şəbəkə istifadəçilərinə qarşı hücumları davam edir.

Sfera.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, onlar istifadəçilərin sosial şəbəkə hesablarını, eləcə də kart məlumatlarını ələ keçirirlər.

Kibercinayətkarlar gündəlik istifadə etdiyimiz sosial şəbəkələrdə saxta hesablar yaradılaraq vətəndaşların mesaj bölmələrinə müxtəlif linklər göndərirlər. İstifadəçilərə hansısa yarışın qalibi olduqları, smartfon və ya pul mükafatı qazandıqları bildirilir. Sonra göndərdikləri linkə girib kart məlumatlarını daxil etmələri istənilir. Beləliklə, sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları ələ keçirilir.

Mövzuya münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, belə hallara son vaxtlar daha çox İnstaqram üzərindən rast gəlinir.

Anar Qafarov deyib ki, vətəndaşlara belə mesajlar göndərildiyi halda onlar Daxili İşlər Nazirliyi və ya nazirliyin İnstaqramdakı "Polis Azərbaycan" səhifəsi ilə əlaqə yarada bilərlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR