Logo

“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilər yola salındı - FOTOLAR + VİDEO

“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilər yola salındı - FOTOLAR + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində "Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq "Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək "Tank Biatlonu" (Rusiya), "Artilleriya Atəşinin Ustaları" (Qazaxıstan), "Dəniz Kuboku" (İran) və "Mədəniyyət Ordusu" (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR