Mal bazarında bayramqabağı vəziyyət nə yerdədir? - VİDEO
Sfera.az "xezerxeber"ə istinadən xəbər verir ki, Bura Tovuzun mərkəzi heyvan bazarıdır. Satıcılar qiymətlərin artdığını deyirlər. Toyların keçirilməsinə icazənin verilməsindən sonra qismən bahalaşan xırdabuynuzlu heyvanların qiyməti Qurban bayramına görə bir az da qalxıb. Yəni indiyə qədər kiloqramı 10 manata satılan qoç əti indi 12 manata təklif olunur. Amma bununla belə iki həftədir bazarda bahalaşma ilə bərabər, həm də canlanma müşahidə olunur.
Alıcılar isə bir neçə həftə əvvəl satışa 120 manata çıxarılan qoç və ya quzunun indi 150-170 manata təklif edilməsini satıcıların fürsətdən sui-istifadəsi kimi dəyərləndirirlər.
İribuynuzlu heyvanların qiymətində də qismən bahalaşma müşahidə olunur. Kökəltməyə bağlanan heyvanlar daha baha qiymətə alıcılara təklif olunur.
Bənzər mənzərəni Ucar bazarında da görmək mümkündür. Satıcılar qiymətin çox baha olmadığını desələr də, alıcılar qiymət bahalığından şikayətlənirlər.
Alıcıların qiymət artımı ilə bağlı şikayətlərinə satıcılar belə aydınlıq gətirdilər.
Qeyd edək ki, bazarda heyvanın diri çəkisi 5 - 6 manat 50 qəpik arasında dəyişir.






