Bakıda dəhşət! Qardaş qardaşını qorumaq üçün özünü maşının altına atdı - VİDEO
Kateqoriya məlum deyil
Ötən gün Bakının Qaradağ rayonunda iki qardaşı maşın vurub.
Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətt”inə verdiyi məlumata görə, qəza axşam saat 20 radələrində qeydə alınıb.
Belə ki, iki qardaş piyada xəttinin üstündən dayanacağa keçmək istəyərkən yüksək sürətlə hərəkət edən "Mercedes-Vito” markalı avtomobil onları vurub.
Qardaşlardan biri aldığı xəsarətdən vəfat edib, digəri isə yaralanıb.
Hadisə şahidləri bildiriblər ki, vəfat edən şəxs qardaşını qorumaq üçün özünü qabağa verib.
Faktla bağlı araşdırma aparılır.






