8 yaşlı Dənizin anası kömək istəyir: biz yarı yolda dayana bilmərik - FOTOLAR + VİDEO
Xəstə uşağın anası Ülkanə Rəhimova qızının müalicəsi üçün vəsait toplanmasına kömək edilməsi xahişi ilə Media.Az-ın redaksiyasına müraciət edib.
"Bir yaşından başlayaraq müayinə və konsultasiya üçün Dənizi bir neçə dəfə Türkiyəyə aparmışıq. Qızım altı yaşında olanda Türkiyəyə növbəti səfərlə əlaqədar maşınımızı satmalı olduq. Bundan sonra müalicəni davam etdirməyə pulumuz qalmadı. Mən işləmirəm, çünki uşağa baxmalıyam, karantin səbəbindən həyat yoldaşım da işsizdir.
Paytaxtımızda fəaliyyət göstərən xeyriyyə təşkilatlarından birinin birdəfəlik köməyi sayəsində 2020-ci ilin noyabrında İstanbula səfər etdik. Uşaq müayinədən keçib bir kurs müalicə aldı, maddi vəsait ilk vaxtlarçün dərman xərclərini qarşılamağa kifayət etdi. Həkimlərin bütün tövsiyələrinə dəqiqliklə əməl etdik və uşağın vəziyyətində müəyyən irəliləyiş müşahidə etdik. Dəniz heç kəsin köməyi olmadan ayaqüstə durmağa və ilk sözlərini söyləməyə çalışır. Bundan əlavə, son vaxtlar dözülməz qıcolmalar da keçirməyib. İstanbullu həkim Sərdar Dağ Dənizin vəziyyəti ilə bağlı nikbin proqnoz verir. Onun fikrincə, dərman müalicəsi ilə yanaşı, loqopedlə psixoloqun birgə müalicəsinə və fizioterapiya prosedurlarına da ehtiyac var. Bu xidmətlərin nə qədər bahalı olduğunu isə özünüz yaxşı bilirsiniz, dərmanların qiyməti də çox yüksəkdir. Üstəlik müalicə bir il davamlı aparılmalıdır. Dənizin səhhətinin yaxşılığa doğru dəyişdiyini gördük, amma müalicəni davam etdirə bilmirik və bütün səylərimizin hədər gedəcəyindən qorxuruq.Biz yarı yolda dayana bilmərik.
Əlimizdə olan hər şeyi satmışıq, Dənizi müalicə etmək üçün bacardığımızı edirik. İndi bütün ümidimiz övladımıza yeni həyat bəxş edə biləcək mərhəmətli insanlardır",-dedi Ülkanə Rəhimova söyləyib.
Kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:
+994 70 853 98 86 nömrəsinə zəng vuraraq Dənizin anası Ülkanə Rəhimova ilə əlaqə yarada bilərsiniz.
Tərcümə: Selcan
Sfera.az






